Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar

ESTAFET/ Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar.

Bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkələrin təmsilçiləri yarışda heç bir statusda iştirak edə bilməyəcəklər.

Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək.

Müəllif: Natiq NƏSİROV