Günay son turda məğlub oldu

ESTAFET/ Berlində Azərbaycanın qadınlardan ibarət yığmasının lideri Günay Məmmədzadənin iştirak etdiyi Armageddon seriyasından şahmat turniri başa çatıb.

Məmmədzadə dördüncü raundda Hampi Koneruya (Hindistan) 1:2 hesabı ilə uduzub.

Koneru finala yüksəlib və burada Bibisara Assaubayevaya (Qazaxıstan) 0,5:1,5 hesabı ilə uduzub.

Günay bundan əvvəl almaniyalı Elizabet Petz (1,5:0,5) və polşalı Alina Kaşlinskayaya (2:0) qalib gəlsə də, Bibisara Assaubayevaya (Qazaxıstan) 0,5:1,5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, turnirdə Aleksandra Kostenyuk (İsveçrə), Sara Xadem (İran) və Nana Dzaqnidze (Gürcüstan) da mübarizə aparıb.

Müəllif: Natiq NƏSİROV