ŞƏHRİYARLA TEYMUR HEÇ-HEÇƏYƏ RAZILAŞDILAR: V TUR
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi davam edir. Bu gün turnirdə beşinci turun oyunları oynanılır.
Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Beşinci turda qrossmeysterlərimiz bir-biri ilə qarşılaşıblar və 17-ci gedişdə sülhə razılaşıblar. Turun digər qarşılaşmalarını və nəticələrini təqdim edirik.
Məmmədyarov - Rəcəbov 0,5:0,5
Harikrişna (Hindistan) - Nepomnyaşnı (Rusiya) 0,5:0,5
Hou Yifan (Çin) - Rapport (Macarıstan) 0:1
Elyanov (Ukrayna) - Qrişuk (Rusiya) 0:1
İnarkiyev (Rusiya) - Salem (Misir) 0,5:0,5
Giri (Hollandiya) - Ryazantsev (Rusiya) 0,5:0,5
Aronyan (Ermənistan) - Şvidler (Rusiya) 0,5:0,5
Adams (İngiltərə) - Li Çao (Çin) 0,5:0,5
Yakovenko (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5