Cüdoçularımız üçün Sarayevo sınağı

ESTAFET/ 20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.
25 ölkədən 313 idmançının qatılacağı turnirdə Azərbaycan 13 nəfərdən ibarət heyətlə təmsil olunur.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
60 kq
Rövsən Əliyev
66 kq
Tofiq Əliyev
Ruslan Paşayev
Kamran Süleymanov
73 kq
İbrahim Əliyev
Telman Vəliyev
81 kq
Kərim Allahverdiyev
Məhərrəm İmamverdiyev
90 kq
İbrahim Ağakişiyev
Musa Hüseynli
100 kq
Aslan Mirzəyev
Adil Kərimli
Ruslan Nəsirli
