Cüdoçularımız Kaunasda TMT-də iştirak ediblər

ESTAFET/ Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət milli komandasının üzvləri 15-17 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Litvanın Kaunas şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 7 qız idmançısı iştirak edib.
Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
