Real Aykido özünümüdafiə sənəti üzrə 9-cu Beynəlxalq seminar keçirilib - FOTO

ESTAFET/ 2023-cü il müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib.

Bu səbəblə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Bu münasibətlə  21 may 2023-cü il tarixində Azərbaycan Real Aykido İdman Klubunun Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr olunmuş Real Aykido Özünümüdafiə sənəti üzrə 9-cu Beynəlxalq seminarı keçirilib. Seminarda beynəlxalq Real Aykido federasiyanın prezidenti, 7-ci dan qara kəmər ustası İqor Petroviç, Qazaxıstan Real Aykido Asossasiyasının prezidenti 5-ci dan qara kəmər ustası Artyom Zaxarenko və bir sıra xarici qonaqlar iştirak ediblər. Bununla yanaşı, ölkəmizin rəsmiləri, tanınmış idman ustaları münsiflər sırasında idi. Münsiflər heyəti bu ilin Ulu Öndər Heydər Əliyevə həsr edilməsindən bəhs edərək Azərbaycan Real Aykido İdman Klububun təşəbbüsünü dəstəkləyib və idmançılara uğurlar arzu ediblər. Beynəlxalq seminarın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin bədii hissəsində bir sıra yerli və xarici rəqslər, həmçinin idmançıların nümunəvi çıxışları sərgilənib.

Daha sonra 7-ci dan qara kəmər ustası, Beynəlxalq Real Aykido federasiyasının prezidenti İqor Petroviç tərəfindən ustad dərsi keçirilib. Ustad dərsinin ardınca 300-dən çox idmaçı növbəti kəmər dərəcəsi uğrunda imtahanda iştirak edib. Sonda Beynəlxalq federasiyanın prezidenti İqor Petroviç tərəfindən Azərbaycan Real Aykido İdman Klubunun Prezidenti, Beynəlxalq Real Aykido federasiyasının vitse-prezidenti 5-ci dan qara kəmər ustası Fariz Abdullayevin rəhbərliyi altında ölkəmizdəki idmançıların yüksək səviyyədə yetişdirilməsi və mahiyyətli inkişafı səbəbi ilə Azərbaycan 6-cı dəfə Dünya birinciliynə layiq görüldü. Tədbirdə bir sıra xatirə şəkilləri də çəkildi.

Müəllif: Bəhruz MƏMMƏDOV