“Sabah” çempion oldu
ESTAFET/ U-17 Liqasında 2022/23-cü il mövsümünə yekun vurulub.
“Sabah”ın U-17 komandası çempionatın son turunda səfərdə “Qəbələ”ni minimal hesabla məğlub edərək mövsümü qızıl medalla başa vurub.
Qəbələ şəhər stadionunda keçirilən matçda qələbə qoluna Anar Cəbiyev imza atıb.
Komandanın üzvü Niyazi Osmanov mövsümün bombardiri olub (35 qol).