“Araz Naxçıvan”a kubok təqdim olundu

ESTAFET/ I Divizionun qalibi “Araz Naxçıvan” bu gün mükafatlandırılıb.

Qalib komandaya kuboku Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və AFFA prezidenti Rövnəq Abdullayev təqdim ediblər.

Komanda Naxçıvan Muxtar Respublika stadionunda "Zaqatala" ilə keçirilən oyundan (2:0) sonra mükafatlandırılıb.

Xatırladaq ki, I Divizionda mövsümə bu gün yekun vurulub. Çempion "Araz Naxçıvan" yarışı 69 xalla başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV