Sabah seriyada önə keçib

ESATEFT/ 24 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub. Xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası 93-90 hesabı ilə, "Gəncə" basketbolçularına qalib gəlib. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2-1) önə keçib.

Ən məhsuldar basketbolçular:  "Sabah BK" (Kalin Kreyn - 19 xal, 5 ribaund), "Gəncə BK" (Cordan Endryus - 24 xal, 5 ribaund)

Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ