Yovetiç Bundesliqanı tərk edən klubdan ayrıldı

ESTAFET/ Monteneqro millisinin hücumçusu Stevan Yovetiç Almaniyanın “Herta” klubundan ayrılıb.

33 yaşlı futbolçu Bundesliqanı tərk edən komandada qalmaq istəməyib.

Təcrübəli forvard komandası üçün uğursuz alınan mövümdə Bundesliqada 17 matça çıxıb, 4 qol vurub. “Herta” isə 34 oyuna cəmi 29 xal toplayaraq 18 iştirakçı arasında sonuncu yeri tutub və ikinci Bundesliqaya düşüb.

Yovetiç 2021-ci ilin yayında “Monako”dan “Herta”ya keçmişdi. O, Bundesliqa təmsilçisində bütövlükdə 40 matça çıxıb, 11 qol vurub.

Müəllif: Zaur HACIYEV