Qaşımla Fəridə ilk döyüşdən mübarizəni dayandırdılar: DÇ-2023

ESTAFET/ Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.

Qadınların yarışında isə 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.

Xatırladaq ki, ilk gündə Cavad Ağayev (68 kq) də medal qazana bilməmişdi. 

Bakıdakı mundiala iyunun 4-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV