Van der Sar "Ayaks"dan ayrıldı

ESTAFET/ “Ayaks”ın icracı direktoru Edvin van der Sar Amsterdam klubundakı vəzifəsindən istefa verib.
Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
O, yorulduğunu və bir müddət istirahət etmək istədiyini bildirib.
Xatırladaq ki, “Ayaks” bu mövsüm Erediviziya çempionluğunu əldən verərək bürünc medallarla kifayətlənib.
