Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər

ESTAFET/ "Qarabağ"dan ayrılan Ramil Şeydayev İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

 Azərbaycan millisinin üzvü ilə anlaşan Tailand təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Bunu klubun direktoru Nyuin Çidçob “Harianhaluan” nəşrinə açıqlamasında bildirib. O, Yaponiyanın "Vissel Kobe" komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Xatırladaq ki, geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasının bombardiri olan Şeydayev "Qarabağ"la müddəti başa çatan müqaviləsini yeniləməyib. Buna onun məhz Tailanddan aldığı cəlbedici təklif səbəb olub.

Müəllif: Məsim MƏSİMZADƏ