Düşənbə Qran Pri turnirinin ilk günündə cüdoçular 3 medal qazanıb

İyunun 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri start götürüb.

Finala qədər çıxan cüdoçumuz Gültac Məmmədəliyeva (-48 kq.) gümüş medal qazanıb. Həmçinin, -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Turan Bayramov gümüş medal əldə edib. -66 kq. çəki dərəcəsində  mübarizə aparan Yaşar Nəcəfov isə türkmənistanlı Hakim Ağaməmmədova qalib gələrək bürünc medal qazanıb.

Qran Pri turnirinin ikinci günündə 2 cüdoçumuz mübarizəyə başlayacaq. Kişilər arasında -73 kq. çəkidə İbrahim Əliyev və Nurlan Osmanov tatamiyə çıxacaq.

Müəllif: Natiq NƏSİROV