Beynəlxalq Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

İyunun 3-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib.
Bakı şəhərinin Bilgəh qəsəbəsində baş tutan veloyürüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin idmançıları, həmçinin milli komandamızın və MSN-in Velosiped İdman Klubunun üzvləri iştirak ediblər.
İştirakçılar “Amburan Mall”ın qarşısından başlayaraq Kürdəxanı qəsəbəsi istiqamətində təyin olunmuş dairəvi marşrut üzrə 40 km məsafə qət edib, start yerində yürüşü başa vurublar.
Veloyürüşə 30-a yaxın velosipedçi qatılıb.
