Millimiz önəmli sınaq öncəsi Serbiyada hazırlıq prosesini davam etdirir

1 iyun tarixindən etibarən 3x3 basketbol üzrə milli komandamız Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışına start verib. Millimiz, zədə səbəbindən məşqlərə yenicə qatılmış kapitan Amil Həmzəyevin heyətə qoşulması ilə məşqlərini mütəmadi şəkildə davam etdirir. Yığmamız hazırlıq prosesini 15 iyun tarixində yekunlaşdıracaq. Bu təlim-məşq toplanışında əsas məqsəd, 17 və 18 iyunda Kiprin Limasol şəhərində baş tutacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır.

Onu da qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

Müəllif: Məsim MƏSİMZADƏ