Millimizin heyətində dəyişiklik edildi

ESTAFET/ Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub. 

Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər.

Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV