PSV-də yeni baş məşqçi

ESTAFET/ PSV-nin yeni baş məşqçisi müəyyənləşib.
Sözügedən komandanı bundan sonra Peter Boş çalışdıracaq.
Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisi Rud van Nistelroyu əvəz edən niderlandlı mütəxəssislə 3 illik müqavilə bağlayıb.
Peter Boş son olaraq Fransanın “Olimpik” (Lion) klubunda baş məşqçi kimi çalışıb. O, 2022-ci ilin oktyabrından işsiz idi.
