"15 İyun Milli Qurtuluş günü"nə həsr olunmuş dama turniri keçirildi

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatcılığı ilə 07-09 iyun tarixində 16 yaşadək uşaqlar arasında "15 İyun Milli Qurtuluş günü"nə həsr edilmiş dama üzrə turnir təşkil olunub.

Yarış üç qrupda İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilib. Turnirdə 50 nəfər iştirak edib.

Turnirin yekununda 1-2-3 yeri tuan damaçılar medal diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Müəllif: Bəhruz MƏMMƏDOV