Atletika Azərbaycan birinciliyinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Atletika Azərbaycan birinciliyinə start verilib. Yarışda paytaxtın müxətlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Lənkəran, Astara, Bərdə, Beyləqan, İsmayıllı, Quba və Xızı idmançıları da mübarizə aparır. 2006-2007-ci il təvəllüdlü atletlərin qatıldığı yarışda ümumilikdə 160 idmançı iştirak edir. Azərbaycan birinciliyi həmçinin qarşıdakı nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək idmançıların müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, iyul ayının sonunda Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında və bu yaş kateqoriyasında Balkan Oyunlarında iştirak edəcək milli komandanın heyəti ölkə birinciliyinin nəticələrinə əsasən formalaşdırılacaq.

İlk günün qalibləri

100 metr. Oğlanlar. Novruz Əsədli (Xızı)

100 metr. Qızlar. Bahar Mustafayeva (Bərdə)

400 metr. Oğlanlar. Səid Məmmədov

400 metr. Qızlar. Ləman İsfəndiyarova

1500 metr. Oğlanlar. İsgəndər Əsgərov (Gəncə)

1500 metr. Qızlar. Aysu Abbasova (Naxçıvan)

110 metr. Sədlərlə qaçış. Oğlanlar. Əmir İsmayılov

Üç təkanla tullanma. Oğlanlar. Rəvan Behbudov

Hündürlüyə tullanma. Oğlanlar. Yusif Abdullayev

Nüvə itələmə. Oğlanlar. Məhəmməd Şəfiyev

Nüvə itələmə. Qızlar. Səkinə Hacızadə

Müəllif: Bəhruz MƏMMƏDOV