Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər

Türkiyənin Burhaniyə şəhərində təşkil olunan çimərlik voleybolu üzrə "Bioderma Beach Pro Tour" beynəlxalq yarışında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. 20-22 iyun tarixlərində baş tutacaq turnirdə ölkəmizi Fidan Əhmədxanova-Larisa Smeltsova cütü təmsil edəcək.

Ümumilikdə 24 komandanın mübarizə aparacağı yarışın qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV