III Avropa Oyunlarının ikinci gün atlet idmançılarımızın nəticələri

Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatı davam edir. Oyunların ikinci günündə üç təkanla tullanma yarışındakı təmsilçimiz Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb. İlk iki cəhdi uğursuz alınan Sarıyeva ardından 13.22 metr göstərici ilə 14 atletin mübarizə apardığı yarışda liderliyə yüksəlib. İdmançımız son cəhdində nəticəsini daha da yaxşılaşdırıb. 13.38 metr göstəriciyə nail olan Yekaterina Sarıyeva bütün rəqiblərini geridə qoyaraq III divizionun qalibi olub.

Digər idmançılarımızın nəticələri.

Uzunluğa tullanma. Kəsgin Abbaszadə. 7.12 metr. 8-ci yer

Lövhə atma. İsmail Əliyev. 44.83 metr. 10-cu yer

1500 metr məsafəyə qaçış. Elman Abışov. 4.18.19. 11-ci yer

800 metr məsafəyə qaçış. Anna Yusupova. 2.17.33.  10-cu yer

400 metr məsafəyə sədlərlə qaçış. Cavid Məmmədov. 55.76. 6-cı yer

Estafet 4x100 metr. Aleksey Əliəkbərov ,Əli Abdiyev ,Qadir Qurbanov, Kəsgin Abbaszadə . 42.63.  7-ci yer

Qeyd edək ki, fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV