Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda cari məsələlər müzakirə olunub. Həmçinin, ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Səmədov Hikmət Vasif oğlunun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib.
Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, H.Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.

Müəllif: Natiq NƏSİROV