Oyunların üçüncü günündə idmançılarımızın nəticələri

Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatı davam edir. III divizionda mübarizə aparan Azərbaycan atletləri çıxışlarını başa vurub.  Oyunların üçüncü günündə idmançılarımızın nəticələri.

200 metr məsafəyə qaçış. İlahə Quliyeva. 25.33. 10-cu yer

200 metr məsafəyə qaçış. Aleksey Əliəkbərov. 22.25. 10-cu yer

Nüvə itələmə. İsmail Əliyev. 15.84 metr. 7-ci yer

Uzunluğa tullanma. Fəxriyyə Tağızadə. 5.14 metr. 9-cu yer

5000 metr məsafəyə qaçış. Elman Abışov. 16:26.70. 12-ci yer

1500 metr məsafəyə qaçış. Anna Yusupova. 4:38.00 6-cı yer

Qarışıq estafet. 4x400 metr. Cavid Məmmədov, Lamiyə Vəliyeva, Əli Abdiyev, İlahə Quliyeva. 3:31.55. 7-ci yer

Qeyd edək ki, təmsilçilərimizdən Anna Skidan medal şansını saxlayır. III divizionun qalibi olan Skidanı II divizionda yalnız Rumıniya atleti Byanka Gelber qabaqlaya bilib. Yekun nəticələr I divizionda mübarizə yekunlaşdıqdan sonra məlum olacaq.

Qeyd: Nüvə itələmə yarışındakı təmsilçimizin adı İsmail olaraq yazılır.

Müəllif: Bəhruz MƏMMƏDOV