Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə Beynəlxalq turnir start götürəcək

Azərbaycanda su idman növlərinin tarixində ilk dəfə Bakı Su İdman Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə II Aqua Stars Open Beynəlxalq Turniri start götürəcək. Medallar uğrunda 5 ölkənin - Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-ə yaxın idmançı mübarizə aparacaq. İki gün davam edəcək beynəlxalq turnirin sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.

Yarışlar bu gün saat 15:15 də Bakı Su idman sarayında start götürəcək. Açılış mərasiminə İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh, Azərbaycan üzgüçülük Federasiyasının rəhbərliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti iştirak edəcək.

Dəyərli həmkarlarım! Hər birinizi Azərbaycanda ilk dəfə təşkil edilən bu maraqlı yarışları izləməyə və işıqlandırmağa köməklik göstərməyini xahiş edirəm. Öncədən minnətdaram.

Müəllif: Bəhruz MƏMMƏDOV