Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Malik Həsənov Avropa Oyunlarına qələbə ilə başlayıb -
Malik Həsənov Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan boks yığması Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə qoşulub.

Yığma üzvü Malik Həsənov yarışda ilk döyüşünü keçirib.

63,5 kq çəkidə çıxış edən boksçumuz 1/16 final çərçivəsində polşalı Bartlomey Roskoviçlə qarşılaşıb. 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesablı qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib.

Qeyd edək ki, boks yarışlarının ikinci günündə daha 3 təmsilçimiz rinqə çıxacaq.

Müəllif: Natiq NƏSİROV