Kişi və qadın badmintonçuların qoşa yarışında çıxışlarını başa vurublar

Edi Reski Dviçayo -Ezmi Qovimuramadhoni tandemi Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların qoşa yarışında "G" qrupunda ikinci görüşünü keçirib. Təmsilçilərimiz İtaliya badmintonçuları Covanni Greko-David Salutt  qoşasına 1:2 (17-21,21-17, 17-21) hesabı ilə məğlub olub.

Keişa Fatimə Zəhra -Era Maftuha tandemi Polşada keçirilən 3-cü Avropa Oyunlarında qadın badmintonçuların qoşa yarışında "D" qrupunda ikinci görüşünü keçirib. Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora-Çeril Seinen qoşasına 0:2 (10 -21,12 -21) hesabı ilə məğlub olub.

Müəllif: Bəhruz MƏMMƏDOV