Kişi şpaqaçılarımız III Avropa Oyunlarında mübarizəni dayandırdı
Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.
Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Estoniya yığmasına 41:43 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.