TEYMUR CENEVRƏDƏ QALİB OLDU!
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisində bu gün sonuncu tur oynanılıb. 

Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunurdu. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
 
Təmsilçilərimiz gözləniləni maksimum yerinə yetiriblər. Belə ki, Teymur Qran Prini 6 xalla şəriksiz lider olaraq bitirərək, qalib adı birlikdə aktivinə 170 xal yazdırıb. Hal-hazırda onun aktivində 241,4 xal var və ümumi sıralamada 3-cü yerdə qərarlaşıb. Şəhriyar isə 60 xal qazanaraq 340 xalla ümumi sıralamaya liderlik edir. 

Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

Məmmədyarov - Li Çao (Çin) 0,5:0,5  
Nepomnyaşıy (Rusiya) - Rəcəbov 0,5:0,5      
Ryazantsev (Rusiya) - Adams (İngiltərə) 0,5:0,5   
Elyanov (Ukrayna) - Rapport (Macarıstan) 0,5:0,5  
Şvidler (Rusiya) - Hou Yifan (Çin) 1:0 
Harikrişna (Hindistan) - Yakovenko (Rusiya) 0,5:0,5 
İnarkiyev (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5    
Giri (Hollandiya) - Qrişuk (Rusiya) 0,5:0,5 
Aronyan (Ermənistan) - Salem (Misir) 1:0