"QARABAĞ"IN SƏFƏR OYUNUNA TƏYİNATLAR
ESTAFET/ Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” - “Qarabağ” oyununun təyinatları açıqlanıb.
Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona yan xəttlərdə Uroş Stoykoviç və Milan Mixayloviç kömək edcəcək. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.
Qeyd edək ki, iyulun 18-i Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.