Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"NEFTÇİ" - "BİNƏ" OYUNUNDA 1 QOL -
"NEFTÇİ" - "BİNƏ" OYUNUNDA 1 QOL

ESTAFET/ "Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komanda "Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

 

"Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da "Şüvəlan” klubuna qarşı keçirəcək.