Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsinə yekun vurulub

Yekun nəticəyə əsasən, Belarus, Portuqaliya, Ukrayna və İtaliya milliləri növbəti ilin fevralında BƏƏ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
İlk təsnifat matçı turnirin liderlərindən hesab olunan Belarus və Fransa arasında baş tutub. Fransızlar birinci hissəyə lider kimi yollansalar da, belaruslar ikinci hissədə Brıştselin dublu ilə önə çıxıblar. Üçüncü və son dövrəyə gedərkən gərginliyin yüksək olmağına baxmayaraq, Novikau matçın bitməsinə 90 saniyədən az vaxt qalmış Belarusun hesabına üçüncü qolunu yazdırıb. (3:1) Fransızların oyunu öz xeyirlərinə dəyişmək cəhdinə baxmayaraq, bu qol onların dünya kuboku xəyallarına son qoyub. Beləliklə, Belarus komandası dünya çempionatına vəsiqə qazanaraq BƏƏ-dəki mübarizəyə qoşulacaq komandalardan biridir.
Dünya çempionata yollanacaq növbəti komanda favoritlərdən hesab olunan Portuqaliya olub. Onlar Danimarka yığmasını 8:3 hesabı ilə məğlub edərək möhtəşəm qələbəyə imza atıb. Oyunun ilk hissəsindən fəal olan portuqaliyalılar ən çox sayda (4) qolu ikinci hissədə vurublar. Birinci hissədə sayca iki, sonuncu hissədə isə iki dəfə fərqləniblər. (Leo Martins, Be Martins)
Ukrayna yığması isə Moldovaya qarşı 5:2 hesablı qələbə qazanaraq dünya çempionatına vəsəqə qazanıb. İlk iki dəqiqədən az müddətdə birinci qolu vuran ukraynalılar olsa da, moldovalılar hesabı birinci hissənin sonuna qədər bərabərləşdirə bilib. Bərabər hesabların müşahidə olunduğu oyun gərgin mübarizə şəraitində keçsə də, sonda Ukrayna yığması qələbə qazanaraq adını seçmə mərhələnin qalibləri sırasına yazdıra bilib.
Dünya titulu üçün təsnifatda yarışan sonuncu komandalar İspaniya və İtaliya olub. Bərabər səviyyəli oyun nümayiş etdirən bu komandalar üç hissənin sonunda 3:3 hesabı ilə barışmağa məcbur olub. Bununla belə, əlavə üç dəqiqədə möhtəşəm oyun sərgiləyən italyanlar sona bir dəqiqə qalmış onlara qalibiyyət gətirən dördüncü qolu vurmağa nail olublar. Onlara bu inanılmaz qələbəni yaşadan futbolçu isə Zurlo olub.
Qeyd edək ki, 2-9 iyul tarixlərində paytaxtımızın ev sahibliyi etdiyi tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutub.
