Nağıyev Ukraynada klubunu dəyişdi

ESTAFET/ Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.
"İnqulets"dən ayrılan 27 yaşlı futbolçu karyerasını "Obolon"da davam etdirəcək.
O, Kiyev təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Müdafiəçi yeni klubunda 33 nömrəli formada oynayacaq.
Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək "Sumqayıt"ın formasını geyinib. O, Azərbaycanın U-21 millisində də 2 oyuna çıxıb.
