AVROPA LİQASINDA MÜBARİZƏ ÜÇÜN İLKİN HEYƏT AÇIQLANDI
ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Faiq Qarayev Avropa Liqası üçün 26 oyunçuya dəvət göndərib.
Komandamızın heyətində kifayət qədər yeni sima var. Belə ki, Şəfaqət Həbibova, Anita Bredis, Yelena Parxomenko, Anastasiya Qurbanova və Yana Ağayeva yenidən düşərgəyə cəlb olunduğu halda Leysan Lvovkina və Nelli Salbişvili ilk dəfə əsas komandanın tərkibində debüt edə bilərlər. Lakin onların əvəzinə zədəsini sağaldaraq yenicə məşqlərə başlayan blokçu Ayşən Abduləzimova Avropa Liqası üçün sifariş olunmayıb.
Mayın 4-dən hazırlıqlara başlayan komandamızın yekun heyətinin isə ayın sonuna kimi açıqlanacağı gözlənilir. Çünki Avropa çempionatından sonra yenidən öz postuna qayıdan Faiq Qarayevin ən güclü “12-liy”i həmin ərəfədə müəyyənləşdirməsi gözlənilir.
Aleksandr Çervyakov da yığmamıza qayıdıb. O, Avropa Liqası üçün Faiq Qarayevin köməkçisi kimi sifariş olunub.
Toppaylayıcılar: Yana Əzimova, Şəfaqət Həbibova, Anita Bredis, Anastasiya Muzika, Kristina Yaqubova
Blokçular: Yelena Parxomenko, Aynur Kərimova, Olena Həsənova, Kseniya Pavlenko, Kseniya Poznyak
Hücumçular: Yana Ağayeva, Polina Rəhimova, Odina Bayramova, Marqarita Əzizova, Anastasiya Bessonova, Anastasiya Qurbanova, Leysan Lvovkina, Nərminə Musayeva, Nelli Salbişvili, Yelizaveta Səmədova, Yekaterina Jidkova
Liberolar: Ceyran Əliyeva, Valeriya Məmmədova, Oksana Kselyova, Yuliya Kərimova, Leyla Parşkova
APASPORT