AVROPA ÇEMPİONATINA QATILACAQ HEYƏT

ESTAFET/ Böyüklərdən ibarət milli komandamız Avropa çempionatında iştirak etmək məqsədi ilə artıq İsveçrəyə yollanıb. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, komandamız Avropa Teakvondo Birliyi tərəfindən 19-22 may tarixlərində Montrö şəhərində təşkil etdiyi qitə çempionatına tam heyətlə qatılacaq.


37 ölkədən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq.Belə ki,millinin heyətində Dünya,Avropa və I Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (+87 kq), Milad Beigi Hərçəqani (-80 kq), o çümlədən Ayxan Tağızadə (-68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi -74 kq), eləcə də Məcid Sofiyev, İlham Əliyev (hər iksi -54 kq), Məmmədalı Quliyev (-58 kq), Ramin Əzizov (-80 kq) və Payam Qubadi Oğaz da (-87 kq) yer alıb.


Zərif cinsin nümayəndələrindən isə Rio Olmipiyadasında -67 kq çəki dərəcəsində özlkəmizi təmsil edəcək Fəridə Əzizova, Patimat Abakarova, eləcə də Gülhanım Yeşildal (hər ikisi -53 kq), İlayda Kardelen Çiftçi (-46 kq) və Yaprak Eriş (-62 kq) 4 gün davam edəcək möhtəbər yarışda, çempionluq titulu uğrunda mübarizə aparacaq. Millimiz çempionata baş məşqçi Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Young Choi-nin rəhbərliyi ilə qatılacaq.


Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək.


Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz, 23 may tarıxındə vətənə dönəcək.