ÇL-II TƏSNİFAT MƏRHƏLƏSİ: CAVAB OYUNLARI
ESTAFET/ Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ikinci oyun günündə 10 cavab qarşılaşması keçirilb.
Bu oyunlardan birində - Albaniyada keçiriləcək "Kukesi" - "Şerif" cütündə mərhələ adlayan klub iki oyunun yekununda 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan Azərbaycan çempionu Ağdam "Qarabağ"ına rəqib olacaqdı.
Oyun albanların 2:1 hesablı qələbəsu ilə yekunlaşıb və ümumi hesab 2:2 olub. Səfər qoluna görə mərhələ adlayan moldovanlar olub. Xatırladaq ki, ilk oyunda Moldova təmsilçisi evində 1:0 hesabı ilə qalib gəlmişdi.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
19 iyul
20:00. “Dudelanj” (Lüksemburq) - APOEL (Kipr) 0:1
İlk oyun - 0:1
21:15. “Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya) 2:1 ə.v.
İlk oyun - 1:1
21:30. “Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya) 1:2
İlk oyun - 3:1
21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) 2:1
İlk oyun – 0:1
22:00. “Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva) 4:1
İlk oyun – 1:2
22:15. “Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina) 1:1
İlk oyun -2:1
22:30. “Zalsburq” (Avstriya) - “Hibernians” (Malta) 3:0
İlk oyun – 3:0
22:45. “Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya) 6:0
İlk oyun - 3:0
22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya) 4:0
İlk oyun – 2:0
23:15. “Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail) 2:3
İlk oyun - 1:2