MİLLİMİZ QAZAXLARLA 2 YOLDAŞLIQ OYUNU KEÇİRƏCƏK
ESTAFET/ Qadınlardan ibarət Azərbaycan milli komandası iyulun 26-da və 29-da “Dalğa Arena”da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki oyunun start fiti saat 19:00-da səslənəcək.
Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb. Toplanışda 24 futbolçu iştirak edir.
Jalə Məhsimova (klubsuz), Rövşanə Sərdarlı, Günay İsmayılova, Susən Mənsimzadə (hamısı “Fidan”), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes “, Qazaxıstan), Roza Quliyeva, Nigar Abdulova, Həqiqət Qasımova, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, (hamısı “Təhsil”), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi “Sumqayıt”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanochka”, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Bozdağ Peritan, Firəngiz Teymurova, (hər ikisi “Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Natalya Rodelgo (“Atletiko”, Madrid, İspaniya), Merve Özdemir (“Ayntraxt”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”), Öznur Taş (“Antalyaspor”, Türkiyə).