Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Cüdo üzrə U-18 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi start götürüb -
Cüdo üzrə U-18 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi start götürüb

7 avqustda İsmayıllı Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilir.

Yarışda Şimal-Qərb regionunu təmsil edən 11 komandadan 132 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV