"Qızlara ağ yaraşır" çağırışına cavab verib ağ cüdoqi geyinən qızların sayı 900 oldu!

Azərbaycan Cüdo Federasiyasının “Azercell Telekom” ilə birgə əməkdaşlıqda həyata keçirdiyi sosial təşəbbüsə qoşulan qızların sayı günbəgün artır. İdmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn “Qızlara ağ yaraşır” kampaniyası çərçivəsində Azərbaycanın bir çox bölgələrindən 900 nəfər qız cüdo idman növünə yazılıb və artıq mütəmadi məşqlərdə iştirak edir.
Qızları Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçirməklə peşəkar cüdoda ilk addımlarına dəstək olaq. Ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək edin.
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.
