"İdman hamı üçün" layihəsi çərçivəsində kapoeyra təlimi keçirilib
Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində kapoeyra təlimi keçirilib. "Dədə Qorqud" parkı ərazisində baş tutan tədbirdə çox sayda əhali iştirak edib.
Tədbirdə bütün yaş qruplarından olan insanlar proqrama qoşularaq, mütəxəssislərin rəhbərliyi altında kapoeyra təlimi və fəndlər haqqında müxtəlif məlumatlar öyrənib, özünü müdafiə etmək bacarığı, sərbəstlik, rəqibin hərəkəti ilə uzlaşan və onu tamamlayan hərəkətlər yerinə yetiriblər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.