MDB Oyunlarında üzgüçülük üzrə 5 idmançımız mübarizə aparacaq

Belarus Respublikasında keçirilən MDB Oyunlarına Üzgüçülük üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının 5 üzvü qatılıb.

Bu barədə məlumatı federasiyanın baş katibi Fəxri Həsənov verib. Onun sözlərinə görə bu yarışlarda üzgüçülük növü üzrə ölkəmizi Tamilla Əliyeva, Anastasiya Povorokina, Səid Həmidov, Timur Beker və Orxan Əliyev təmsil edəcəklər. Komanda məşqçilər Nurəli Məmmədov və Elvin Hüseynovun rəhbərliyi altınada yarışlarda iştirak edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV