"YAŞAT" düşərgəsinin 4-cü həftəsi davam edir

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.

Dördüncü həftənin 3-cü və 4-cü günlərində uşaqların “Faceart”, idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri davam etdirilib.

Həftənin ən yaddaqalan hadisəsi düşərgə iştirakçıları ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü olub. O, uşaqların bir-birindən maraqlı suallarını cavalandırıb, sonda onlara hədiyyələrini təqdim edib.

Düşərgə iştirakçıları fərqli qruplara bölünərək "Booo.az" komandasının təşkil etdiyi oyunlarda iştirak ediblər.

Film saatında da maraqlı anlar yaşanıb. Görüş zamanı "Alma almaya bənzər" filmində Kərimov obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev müxtəlif tapşırıqlarla uşaqların aktyorluq bacarığını test edib.

ASAN Radionun təşkilati dəstəyi ilə baş tutan konsert proqramında müğənnilər Rəsul Əfəndiyev və Sevil, Sevinc gənclərin ən sevdiyi mahnılarını səsləndirib, uşaqlarla əyləncəli vaxt keçiriblər.

Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti,  “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio

Müəllif: Bəhruz MƏMMƏDOV