Qadın voleybolçulardan ibarət millimiz 10-cu dəfə Avropa çempionatının finalında iştirak edəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl onuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək.
Avqustun 15-dən sentyabrın 3-dək reallaşacaq “Avro-2023”ün oyunlarını “CBC Sport” telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandamız C qrupunda yer alıb. Rəqiblərimiz Almaniya, Çexiya, İsveç, Türkiyə və Yunanıstan yığmalarıdır.