Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında Azərbaycan Çempionatının qalibi elan olunub

Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının qalibi elan olunub.

Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə 7-11 avqust tarixlərində "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatı keçirilib.

Çempionatın A qrupunda “Zəngəzur FK”, “Sahil FA”, “Baku Football Academy” və “AZART FK” komandaları,  B qrupunda isə “Junior Kids”, “Xəzər-Buzovna”, “EFA” və “Education” komandaları qarşılaşıb.

Avqustun 7-si A qrupunda çıxış edən  “Zəngəzur FK”- “Azart  FK”  oyunu 4:13, “Sahil FA” – “Baku Football Academy” oyunu isə 6:2 hesabı ilə nəticələnib. B qrupunda çıxış edən  “Junior Kids” – “Education” oyununun hesabı 10:8, “Xəzər Buzovna” -  “EFA” oyununun hesabı isə 4:2 olub.

Növbəti gün, avqustun 8-i keçirilən oyunlarda A qrupunda  “Sahil FA”  - “Azart  FK”  oyunu 2:6,  “Zəngəzur FK” – “Baku Football Academy” oyunu isə 1:7 hesabı ilə nəticələnib.  B qrupunda isə “Xəzər Buzovna” oyunçuları  “Education” komandasını 6:3 hesabi ilə məğlub edib, “Junior Kids” -  “EFA” oyunu 2:13 hesabı ilə nəticələnib.

9 avqustda A qrupunda “Baku Football Academy” – “Azart  FK” oyunu 3:6, “Sahil FA” – “Zəngəzur FK” oyunu isə 9:2 hesabı ilə bitib. B qrupunda isə nəticələr belə olub: “Xəzər Buzovna”- “Junior Kids”  - 7:3,  “EFA” – “Education” – 14:0.

Avqustun 10-u yarımfinala çıxan “Azart FK” – “EFA” qarşıdurmasının nəticəsi 3:4, “Xəzər-Buzovna” – “Sahil FA” isə 3:4 olub.  3-cü yer uğrunda keçirilən oyunda  “Azart FK” ilə “Xəzər-Buzovna” oyunu  2:1 hesabı ilə nəticələnib və “Azart FK” 3-cü yerin qalibi elan olunub.  

U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının final oyunu avqustun 11 keçirilib, oyun “EFA” komandasının 6 , “Sahil FA” komandasının isə 3 qolu ilə nəticələnib. Final mərhələsinin qalibi “EFA” komandası elan olunub.

Bundan başqa Çimərlik Futbolu Federasiyası nümayəndələrinin qərarına görə, Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının ən yaxşı oyunçu Yusif Orucəliyev (“EFA”), ən yaxşı qapıçı - Kənan Məmmədli (“Sahil FK”), 16 qol ilə fərqlənən ən məhsuldar oyunçu isə  Rəvan Məmmədov (“Azart FK”) elan olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV