Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi etdiyi Avropa çempionatı üçün heyəti açıqlanıb.
Baş məşqçi Ataman Güneyligil yekun siyahıya 15 oyunçunun adını daxil edib.
Azərbaycan millisinin heyəti
2. Yana Doroşenko
3. Yelizaveta Ruban
5. Odina Əliyeva
6. Ayşən Abduləzimova (K)
7. Olena Xarçenko
9. Nikalina Başnakova
10. Anastasiya Mertsalova
11. Aynur İmanova
14. Kristina Besman
16. Yuliya Kərimova
17. Polina Rəhimova
19. Bəyaz Quluyeva
20. Marqarita Stepanenko
21. Kseniya Pavlenko
22. Mariya Kirilyuk.
Baş məşqçi: Ataman Güneyligil
Köməkçi məşqçilər: Gencer Yarkin, Famil Ağayev, Emin Əbilov.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 3-dək davam edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. C qrupunda mübarizəyə avqustun 17-də start veriləcək. Millimiz isə ilk görüşünə avqustun 18-də çıxacaq.
AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu
18 avqust
22:00. Azərbaycan - Çexiya
19 avqust
22:00. Azərbaycan - Almaniya
20 avqust
22:00. Türkiyə - Azərbaycan
22 avqust
19:00. Azərbaycan - Yunanıstan
23 avqust
22:00. İsveç - Azərbaycan
