Bakıda “Legend Cup” oyunu keçiriləcək - VİDEO

Bakıda minifutbol üzrə “Legend Cup” oyunu keçiriləcək.
Paytaxtımızada təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan qarşılaşmada ölkə futbolunun əfsanələri üz-üzə gələcək.
Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək matç “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” arasında oynanılacaq. “Legends Cup” may ayının 19-da Milli Gimnastika Arenasında keçiriləcək. Qarşılaşma saat 20:00 da başlanacaq. Giriş pulsuzdur.
19 MAY, SAAT 20:00
Milli Gimnastika Arenası
