Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib -
Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib

CEV-in təyinatına əsasən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatında iştirak edəcək. O, millimizin də yer aldığı və Almaniyanın ev sahibliyi etdiyi C qrupunun qarşılaşmalarında supervayzer kimi meydana çıxacaq.

Qeyd edək ki, yığmamız C qrupunda mübarizə aparır. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, İsveç və Yunanıstan kollektivləridir.

Müəllif: Bəhruz MƏMMƏDOV