AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Aparılmış müzakirələrdən bəzi qərarlar qəbul olunub.

2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” II liqada çıxış edəcəklər.

Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.

Bundan başqa, FIFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV