Millinin oyunlarının məkanı və başlama saatları açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Sentyabrın 22-də, saat 17:00-da Kipr yığmasına qarşı oyun “Dalğa Arena”da, sentyabrın 26-da, saat 20:00-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV