Cüdoçular Şamaxıda təlim-məşq toplanışına qatılıb

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri avqustun 5-dən 20-dək etibarən Şamaxıda keçirilən təlim-məşq toplanışında iştirak edir.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə Azərbaycanın gənclərdən ibərət milli yığmasının 29 cüdoçusu qatılıb.

Hazırlıq prosesinə gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV